Türkiyə bu addımı ilə İranı "qucağına" saldı

161 dəfə oxunub
Türkiyə bu addımı ilə İranı "qucağına" saldı

İranın Nəqliyyat naziri Abbas Akhondi İran, Pakistan və Türkiyə arasında tranzit yolunun və regional nəqliyyat dəhlizinin açılacağını bildirib.

Faktor.az xəbər verir ki, nazir dövlət başçısı Həsən Ruhaninin qonşu dövlətlərlə iqtisadi əlaqələrin inkişafına önəm verdiyinə diqqət çəkib.

Akhondi İranın Türkiyə və Pakistanla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini, tezliklə bu əlaqələrin daha da genişləndiriləcəyini qeyd edib.

Nazir, həmçinin İran-Pakistan reyslərinin yenidən açılacağını, bununla da pakistanlıların ölkəyə daha rahat gələ biləcəyini deyib.

Nigar //Faktor.az


loading...
loading...

Redaktorun seçimi