Rus səfirini öldürən şəxsin telefon şifrəsinə görə, 20 min dolları aldı, amma çözə bilmədi

209 dəfə oxunub
Rus səfirini öldürən şəxsin telefon şifrəsinə görə, 20 min dolları aldı, amma çözə bilmədi
Rusiyanın Ankardakı səfiri Andrey Karlov 2016-cı ilin dekabırın 16-sı sərgilərin birində Ankara polisi Mevlüt Mert Altıntaş tərəfindən silahla vurularaq öldürülüb.
 
Faktor.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cinayətkarın telefonunun şifrəsini açmaq mümkün olmadığı üçün İsrailə məxsus firmaların biri ilə təmasa keçən Türkiyyə polisi yenə bir nəticə əldə edə bilməyib. 
 
Ərdoğana cinayətin təffərrüatları ilə bağlı məlumat verən Türkiyyə polisi, "Nə lazımdırsa, edin" təlimatını aldıqdan sonra İngiltərə ilə əlaqəyə keçdilər. 
İngilis firmalarının biri ilə 20 min dollara müqavilə imzalayıblar.
 
Çin əsilli mütəxəssis Ankara Ədliyyəsində nəzarət altında 72 saat çalışıb. Telefonun bəzi parametrlərini çözsə də, 16 rəqəmli şifrəni çözmək mümkün olmayıb. Buna rəğmən mütəxəssislə anlaşmaya əsasən, 20 min dollar pul ödənilib. 
 
Altıntaşa cinayət əmri verən FETÖ qardaşı Şahinin telefonunda "Falcon" adlı proqramın vasitəsilə "Textme Now" və "Signal" proqramları da şakara çıxıb. Polis Şahinin telefonundakı bütün yazışmaları oxuyub və  bundan sonra onlar Şahinin digər 3 telefonunda da araşdırma aparmağa başlayıb.
 



Redaktorun seçimi