Mövlud Çavuşoğlu Emanuel Makronun bəyanatını populist adlandırdı

241 dəfə oxunub
Mövlud Çavuşoğlu Emanuel Makronun bəyanatını populist adlandırdı

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emanuel Makronun Amerika və müttəfiqlərinin Suriyaya zərbə endirməsi  Moskva və Ankaranı bir-birindən ayırdı adlı bəyanatını populist adlandırdı.

Bizim bir çox qərb dostlarımız populist bəyanatlar verirlər. Biz Fransa prezidentindən daha çox prezidentə layiq bəyanatlar gözləyirik- Çavuşoğlu belə deyib. Onun dediyinə görə əgər Rusiya və Türkiyənin Suriya məsələsinə dair fərqli mövqeləri varsa, bu o demək deyil ki onlar əməkdaşlığı dayandırmalıdırlar.

Onun dediyinə əsasən Türkiyə və Rusiya əlaqləri əvvəlki kimi möhkəmdir. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdikləri zərbələrin doğru olduğunu qeyd etmişdi.

Vladimir Putin isə bu addımı suveren ölkəyə qarşı aqressiya adlandırıb.ə

Kamran Əliyev / Faktor.az

 


loading...
loading...

Redaktorun seçimi