Ölkə boş iş yerlərinin çoxluğundan əziyyət çəkir - işçi tapılmır…

299 dəfə oxunub
Ölkə boş iş yerlərinin çoxluğundan əziyyət çəkir - işçi tapılmır…

Bütün dünya və region ölkələri işsizlik problemi ilə üzləşdiyi bir vaxtda Qazaxıstanda kadr çatışmazlığı elan olunub. Yerli informasiya agentilklərinin yaydığı məlumata görə, ən çox vakansiya paytaxtda, Almatı və Pavlodar vilayətlərindədir. energyprom.kz”-nin məlumatına görə, bu ilin əvvəlinə ölkənin böyük və orta ölçülü hesab olunan müəssisələrində vakant yerlərin sayı 26,5 min təşkil edib ki, bu da, bir il əvvəlki rəqəmlərdən təqribən 20% çoxdur.

Bununla yanaşı, mövcud kadrlara və vakansiyalara əlavə olaraq 14 mindən çox yeni işçi tələb ediləcəyi gözlənilir.

Bir çox işəgötürən yüksək ixtisaslı kadrlara ehtiyac duyur. Boş yerlərin 25,1% -ə peşəkar işçilər tələb olunur. Texniki ixtisas sahiblərinə (istehsal avadanlıqları operatorları, montajçılar və sürücülər) tələbat artıb. Boş yerlərin 19,7%-i (5,2 min) onların payına düşür. Sənaye, tikinti, nəqliyyat və digər ixtisaslar üzrə işçilər üçün, demək olar ki, tələbat eyni dərəcədədir. Sənaye sahələrində ən çox vakant yerlər (7,2 min, ildə 37,7%) istehsalat sektorundadır. Bundan başqa, bu il yeni iş yerlərinə təxminən əlavə 3,3 min nəfər tələb olunacaq. Bu, ölkədə iri və orta ölçülü sənaye şirkətləri üçün cari ilin işçi tələbatı ilə eynidir.

Sənayedə ən çox işçi tələbatı olan sahə (4,1 min boş yer) isə təkrar emal sektorudur. İkinci yerdə nəqliyyat və təchizat sektorudur: 4,6 min vakant yer. Sağlamlıq və sosial xidmət sahələri üçüncü (3.7 min işçi) aparıcı yeri tutur.

Statsistik məlumatlara görə, ölkədə ən çox vakansiya sürətlə inkişaf edən paytaxt Atanadadır: 5,7 min yer. Bu bir əvvəlki statistikadan nisbətən 42.6% çoxdur. Paytaxtla yanaşı, Almatı (4,3 min vakant yer) və Pavlodar vilayətlərində (2,7 min vakansiya) kadrlara tələbat yüksəkdir.

Onu da qeyd edək ki, ölkə daxilində ən kəskin kadr çatışmazlığı fonunda Astanada işsizlərin sayı artmaqda davam edir. Belə ki, ötən ilin sonuncu rübünün nəticələrinə görə, artıq 23,8 min nəfər işsiz var. Bu isə əvvəlki göstəricidən 6,8% çoxdur. Astanada işçilərə ən böyük ehtiyac sağlamlıq və sosial xidmətlər (1,5 min vakansiya), nəqliyyat və mühafizə (690 vakansiya) və təhsil (665 vakant) sektorlarındadır. (Bizimyolinfo.com)



Redaktorun seçimi