Bakı-Mahaçqala aviareysi açılacaq

109 dəfə oxunub
Bakı-Mahaçqala aviareysi açılacaq

Dağıstanda güləş üzrə Avropa Çempionatının keçirilməsi ilə bağlı Bakı - Uytaş (Mahaçqala) aviareysinin açılması planlaşdırılır.

Bu haqda Dağıstanın nəqliyyat, energetika və kommunikasiya nazirliyinin rəsmi saytında məlumat verilib.

Məlumatda bildirilib ki, bu addımın atılması oyunlar öncəsi turist axınının çox olması ilə əlaqədardır:

“Dağıstan tarixində ilk dəfə olaraq bu idman növü üzrə Avropa Çempionatına ev sahibliyi edəcək. Avropa Çempionatı ilə bağlı respublikaya çox sayda turist və idman növünün azarkeşlərinin gəlişi gözlənilir. Bununla əlaqədar, nazirlik Mahaçqaladan uçuşlar edən Rusiya aviaşirkətləri ilə birlikdə Avropa Çempionatının keçirildiyi müddətdə İstanbuldan və Bakıdan Uytaş hava limanına (Mahaçqala) əlavə reyslərin təşkili imkanlarını müzakirə edir”.

Həmçinin məlumatda keçirilən oyunlarla bağlı olaraq Rusiya XİN-nin Mahaçqaladakı nümayəndəliyinə Rusiya Federasiyasının Azərbaycandakı və Türkiyədəki səfirliklərinə bu aviareyslərin təşkili və bu ölkələrin aviadaşıyıcıların cəlb edilməsi ilə bağlı müraciət edilməsi barədə sorğu göndərildiyini də qeyd edib.

Faktor.az


loading...
loading...

Redaktorun seçimi