Afrində terrorçulara qarşı döyüşən qadın hərbçilər - VİDEO - FOTOLAR

Hit: 564
Afrində terrorçulara qarşı döyüşən qadın hərbçilər - VİDEO - FOTOLAR

Suriyanın Afrin bölgəsində terrorçulara qarşı davam etdirilən “Zeytun budağı” əməliyyatında Türkiyə Silahlı Qüvvələrinə dəstək verən bir sıra sərhədyanı birləşmələrdə qadınlar da xidmət edir.

“Anadolu” agentliyi xəbər verir ki, onlardan biri “Fırtına” özüyeriyən artilleriya batareyasının kapitanı Dilək Aygündür.

Agentliyə müsahibəsində o qeyd edib ki, “Fırtına” düşmənin obyektlərini 40 kilometr məsafədən məhv edə bilir: ““Fırtına” sistemi tamamilə avtomatlaşdırılıb. Qurğular kompüter vasitəsi ilə idarə olunur və istənilən hava şəraitində atəş aça bilir”.

Afrin əməliyyatlarına cəlb edilən hərbi birləşmələrdə həmçinin zabit Gülrü Atabəy xidmət edir. O, hərbi texnikanın təmiri və bərpasına cavabdehdir.

Onunla birlikdə xidmət edən Ceren Özçelik isə “Fırtına”lara texniki xidmətin göstərilməsinə cavabdehdir. Onlar hər gün hərbi texnikalara baxış keçirirlər və ən xırda nasazlıqları belə aradan qaldırırlar.

Öz növbəsində sursatların çatdırılmasına cavabdeh zabit Çiqdəm Yüksəl qeyd edib ki, döyüş bölgələrinə silah və sursat fasiləsiz çatdırılır: “Biz öz Vətənimizlə fəxr edirik və qarşıya qoyulan bütün tapşırıqları həll etməyə hazırıq”.

Afrin əməliyyatının qadın qəhrəmanları ilə bağlı hazırlanmış reportajı təqdim edirik.

1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi