Myanma prezidenti vəzifəsindən istefa verib

163 dəfə oxunub
Myanma prezidenti vəzifəsindən istefa verib

Myanma prezidenti Txin Çjo vəzifəsindən istefa verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı onun "facebook"dakı müraciətində bildirilir.

Prezidentin açıqlamasında qeyd edilir ki, o, öz arzusu ilə səlahiyyətlərinə xitam verilməsini xahiş edib.

Qeyd edək ki, Txin Çjo 2016-cı ilin martından dövlət başçısı vəzifəsini icra edirdi.


loading...
loading...

Redaktorun seçimi