Saakaşvili: Poroşenko məni əsir götürməklə səhv etdi

Hit: 558
Saakaşvili: Poroşenko məni əsir götürməklə səhv etdi

Ukrayna hakimiyyəti Putinin metodları ilə hərəkət edir.

Axar.az xəbər verir ki, bunu “Nyusvan” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

“Məncə, bu, hökumət tərəfindən həyata keçirilən qorxu siyasətidir. O, heç bir uğur qazanmayıb, ona görə də Putinin metodlarından yararlanır. Məni Putinin seçkiləri maraqlandırmır, amma Ukrayna onun metodlarından istifadə etməməlidir.

Bizə öz seçkimizdə yalnız keçmişdən qalan soyadları seçməyi təklif edirlər. Bu nə zamansa bitəcək və biz elə etməliyik ki, yeni namizədlər görə bilək. Onlar düşünürlər ki, məni əsir götürməklə öz problemlərini həll ediblər. Onlar heç bir şey əldə etməyəcəklər”, – deyə o bildirib.









Redaktorun seçimi