DƏHŞƏTLİ QƏZA: Avtobus aşdı - 14 nəfər öldü

Hit: 557
DƏHŞƏTLİ QƏZA: Avtobus aşdı - 14 nəfər öldü

Hindistanın Bihar ştatında avtobusun körpüdən aşması nəticəsində azı 14 nəfər ölüb.

Bu barədə “Times of India” qəzeti yazıb.

Həmçinin bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Aurai yaşayış məntəqəsindən Sitamarxi şəhərinə gedən avtobus suyu qurumuş kanalın üzərindəki körpünün maneəsinə çırpılaraq, oradan tavanı üstə yerə düşüb.

Qəzanın səbəbləri barədə məlumat verilmir.\

Faktor.az









Redaktorun seçimi