Kadırov: Dünyanın ən şəffaf seçkilərini keçirəcəyik

Hit: 482
Kadırov: Dünyanın ən şəffaf seçkilərini keçirəcəyik

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov  prezident seçkiləri ilə bağlı maraqlı bəyanat səsləndirib.

Oxu.Az  “Novoya qazeta”ya istinadən xəbər verir ki, Kadırov ABŞ və Avropa ölkələrindən olan müşahidəçiləri, həmçinin Rusiyanın müxalifət lideri Aleksey Navalnını Çeçenistanda seçkilərin gedişatını izləməyə dəvət edib.

Seçkilərə sayılı saatların qaldığını qeyd edən Çeçenistan başçısının, sözlərinə görə, səsvermə prosesini izləmək istəyən şəxslərdən sadəcə müşahidəçilik etməyə icazə verən müvafiq sənədin olması tələb olunur.

“Təhlükəsizliklə bağlı söz-söhbətlər çürük qoza da dəyməz . Çeçenistan planetin ən sakit, ən sülhsevər və ən təhlükəsiz regionudur. Digər iri miqyaslı ictimai-siyasi tədbirlərin təşkilində olduğu kimi, seçkilərdə də ictimai asayış tam ölçüdə təmin olunacaq” deyə Kadırov bildirib.

Kadırovun sözlərinə görə Çeçenistandakı seçkilər dünyanın ən şəffaf və demokratik seçkiləri kimi tarixə düşəcək. 

“Buna heç kim şübhə etməsin” deyə Kadırov əlavə edib.









Redaktorun seçimi