Klinton məsciddə yıxıldı - Xəsarət aldı

Hit: 507
Klinton məsciddə yıxıldı - Xəsarət aldı

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Hindistan səfəri zamanı xəsarət alıb.

Faktor.az oxu.az-a istinadən xəbər verir ki, 70 yaşlı Klinton Mandu şəhərində yerləşən Cahaz Mahal sarayında ekskursiya zamanı iki dəfə ayağı sürüşərək yıxılıb.

Hadisə məsicidin pilləkənlərində baş verib. Siyasətçi beli üstə yıxılsa da, onu vaxtında ayağa qaldırıblar.

 Keçmiş dövlət katibi bundan sonra rahat hərəkət etmək üçün ayaqqabılarını çıxarıb. Növbəti gün isə Klinton vanna otağında yıxılıb və biləyini zədələyib.

Həkimlər ona ilkin tibbi yardım göstərib. Xəsarətlə əlaqədar siyasətçinin proqramı təxirə salınıb. Bir müddət sonra Klintonun ağrıları kəskinləşib və səhər saat 5-də onu təcili olaraq Racastxan ştatının mərkəzi xəstəxanasına aparıblar.

Rentgen və kompüter tomoqrafiyası keçmiş dövlət katibinin biləyində çat əmələ gəldiyini üzə çıxarıb. Həkimlər xanım siyasətçinin qoluna sarğı qoyaraq, ona istirahət etməyi tövsiyə edib.

Faktor.az 









Redaktorun seçimi