Qara rəngdə qar yağdı

Hit: 653
Qara rəngdə qar yağdı
Rusiyanın Omsk şəhərində qara rəngli qar yağıb.
 
Bu barədə şəhər sakinlərinin sosial şəbəkələrdə yerləşdirdiyi şəkillərdən məlum olub.
 
Omsk vilayətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu hadisənin sənaye müəssisələrinin faəliyyəti nəticəsində yaranan kimyəvi tullantılarla bağlı olduğunu bildirib. Bununla əlaqədar olaraq müəssisələrə xəbərdarlıq edilib.
 
Qeyd edək ki, bir müddət əvvəl Sankt-Peterburq şəhərində göy rəngdə qar yağmışdı.
 
(Trend)








Redaktorun seçimi