Azərbaycanlı jurnalist faciəvi şəkildə öldü - Foto

Hit: 2329
Azərbaycanlı jurnalist faciəvi şəkildə öldü - Foto

Türkiyənin Kocaeli ərazisində 27 yaşlı azərbaycanlı jurnalist faciəvi şəkildə ölüb.

A24.az xəbər verir ki, Seyid Əli Səlimov Kocaeli ərazisində çalışdığı fabrikdə parçalama mikserinin arasında qalaraq həyatını itirib. Deyilənə görə hadisə, Səlim cihazın içərisini təmizləməyə çalışarkən bir başqa işçinin aparatı işə salması nəticəsində baş verib.

Təcili olaraq cihazı dayandırmağa çalışsalar da, Seyid Əli Səlimovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə xilasetmə briqadası çağrılıb.

Gebze Respublika Baş Prokurorluğu tərəfindən baş verən dəhşətli hadisə ilə bağlı istintaq başlayıb.

Xatırladaq ki, Seyid Əli Səlimov azərbaycanlı olub. O, 2015-ci ildə Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsindən məzun olub. Seyid Əli Azərbaycanın bir sıra mətbuat orqanları ilə əməkdaşlıq edib.(publika.az)

 

 









Redaktorun seçimi