Sankt-Peterburqda mağazada partlayış baş verib – YENİLƏNİB

Hit: 952
Sankt-Peterburqda mağazada partlayış baş verib – YENİLƏNİB

Sankt-Peterburqda partlayış zamanı xəsarət alanların vəziyyəti normal qiymətləndirilir.

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, cinayətkar 200 qram trotilə ekvivalent olan əldə düzəldilmiş partlayıcı qurğunu mağazanın saxlanma kamerasına qoyub.

Faktla bağlı sui-qəsdə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. Rusiya İstintaq Komitəsi insidenti terror aktı kimi nəzərdən keçirmir.

***

27.12.2017 (21:45)

Bu gün Sankt-Peterburqun şimalında ticarət mərkəzində yerləşən "Perekryostok" mağazasında partlayış baş verib.

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb edilib.

Ticarət mərkəzində olan insanlar təxliyyə edilib. Yanğın hadisəsi qeydə alınmayıb.

Partlayışın gücü barədə məlumat verilmir.

Bildirilir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan dördü xəstəxanaya yerləşdirilib.

Faktor.az









Redaktorun seçimi