Türkiyədən Azərbaycana gələn avtobus aşdı: 30 yaralı

Hit: 593
Türkiyədən Azərbaycana gələn avtobus aşdı: 30 yaralı

Türkiyədən Azərbaycana gələn, “Iğdır Turizm” şirkətinə aid 34 DY 9422 nömrə nişanlı sərnişin avtobusu sürücünün idarəetməni itirməsi səbəbindən qəzaya düşüb.

Hadisə Qars ərazisində, Qarayurd-Kağızman yolunda baş verib.

Qəza nəticəsində 30 nəfər xəsarət alıb. Onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının sakinləridir.

Yaralılar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.//oxu.az









Redaktorun seçimi