Ər-Riyad İsrail şahmatçılarına viza vermədi

Hit: 459
Ər-Riyad İsrail şahmatçılarına viza vermədi

Səudiyyə Ərəbistanı yeddi İsrail şahmatçısına rapid və blits üzrə dünya çempionatında iştirak etmək üçün viza verməkdən imtina edib. 

Bu barədə Beynəlxalq şahmat federasiyasının (FIDE) vitse-prezidenti İsrael Helfer bildirib.

Helfer qeyd edib ki, israilli şahmatçılara viza verilməsi gözlənilmir də.

“Əgər şahmatçılara yarışlarda iştirak etməyə mane olunursa, bu, artıq dünya çempionatı deyil. Milliyyətindən asılı olmayaraq, hər bir şahmatçının turnirlərə qatılmağa ixtiyarı olmalıdır”, - deyə İsrail şahmat federasiyasının mətbuat xidmətinin rəhbəri Lior Ayzenberq bildirib.

Qeyd edək ki, bu il rapid və blits üzrə dünya çempionatı 26-30 dekabr tarixlərində Ər-Riyadda keçiriləcək. Turnirin uduş fondu 2 milyon dollar təşkil edəcək. Blits və rapid üzrə dünya çempionları 750 min dollar, qadın turnirlərinin qalibləri isə 250 min dollar məbləğində mükafat alacaqlar. //oxu.az









Redaktorun seçimi