Əfqanıstanda 15 silahlı məhv edildi

Hit: 643
Əfqanıstanda 15 silahlı məhv edildi

Əfqanıstanın şərqində yerləşən Vardak əyalətində hava zərbələri nəticəsində azı 15 silahlı məhv edilib.

Bu barədə Əfqanıstan müdafiə nazirliyi məlumat yayıb.

“Sayed Abad rayonunun Vardak əyalətində aparılan эməliyyat nəticəsində azı 15 silahlı ilə yanaşı bir səhra komandiri də öldürülüb”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, bu ilin noyabr ayında Əfqanıstanın Kapisa əyalətində təhlükəsizlik qüvvələri tərəfindən “Taliban” hərəkatının 8 silahlısı məhv edilib.

Faktor.az









Redaktorun seçimi