Azərbaycanlı Ukraynanın sərhədçilərinə rüşvət verməyə çalışdı – FOTO

Hit: 603
Azərbaycanlı Ukraynanın sərhədçilərinə rüşvət verməyə çalışdı – FOTO

Azərbaycan vətəndaşı bu gün səhər saatlarında “Borispol” hava limanında Əlahiddə nəzarət-keçid məntəqəsinin sərhədçilərinə rüşvət verməyə çalışıb.

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət sərhəd xidmətinin yaydığı məlumatda bildirilir. 

1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı pasport nəzarət məntəqəsindən keçərkən, sərhədçilər ona Ukraynanın ərazisinə girişin qadağa olunduğunu aşkar ediblər. Belə ki, qeyd edilən şəxs sonuncu gəlişində Ukraynada qalma müddətini aşmışdı.

Azərbaycanlı ölkə sərhəddini keçməyə kömək etmələri üçün sərhədçilərə 4,5 min qriven və 150 dollar təklif edib. Sonuncular isə öz növbəsində fakla bağlı polisə məlumat veriblər.  

Beləliklə, Azərbaycan vətəndaşına Ukrayna sərhəddini keçməyə icazə verilməyib və ona ölkə ərazisinə daxil olmağa 3 il müddətinə qadağa qoyulub.

Faktor.az 

 









Redaktorun seçimi