İranda spirtli içki qəbul edən 230 qız və oğlan saxlanıldı

Hit: 523
İranda spirtli içki qəbul edən 230 qız və oğlan saxlanıldı

Dekabrın 22-nə keçən gecə İran polisi şəşnliklərdə spirtli içki qəbul edən 230 qız və oğlanı həbs edib.

Faktor.az oxu.az-a istinadən xəbər verir ki,140 nəfər Tehran ətrafında parkda keçirilən tədbirdə saxlanılıb. 

Axtarış zamanı onların üzərindən psixotrop maddələr də tapılıb.

Paytaxt ətrafında keçirilən daha bir əməliyyat zamanı isə spirtli içki içən və rəqs edən 90 nəfər tutulub.

Qeyd edək ki, 1979-cu ildə baş verən İslam inqilabından sonra İranda müsəlman vətəndaşlara spirtli içkinin istehsal olunması, satışı və qəbul edilməsi qadağandır.

Faktor.az









Redaktorun seçimi