Əl-Bağdadi azadlıqdadır

Hit: 596
Əl-Bağdadi azadlıqdadır

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bəyan edib ki, İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr Əl-Bağdadinin yeri barədə məlumatsızdır.

Faktor.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, dekabrın 18-də, RİA Novosti nəşri koalisiya nümayəndəsinə istinadən məlumat verir.

“Əmin olun ki, əgər biz Əl-Bağdadinin yerini bilsəydik, o hazırda ya öldürülmüşdü, ya da hərbi cinayətlərə görə həbs edilmişdi”, - bəyanatda deyilir. 

Xatırladaq ki, bundan əvvəl Türkiyənin “Yeni Şafak” qəzeti əl-Bağdadinin ABŞ hərbçiləri tərəfindən ələ keçirildiyini və Suriyanın şimalındakı hərbi bazada saxlanıldığı barədə məlumat yayıb.  

Faktor.az









Redaktorun seçimi