ABŞ-da qatar relsdən çıxıb yola aşdı – YENİLƏNİB - VİDEO

Hit: 707
ABŞ-da qatar relsdən çıxıb yola aşdı – YENİLƏNİB - VİDEO

ABŞ-da sərnişin qatarının qəzaya uğraması nəticəsində altı nəfər ölüb.

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Associated Press nəşri məlumat yayıb.

Hadisə ilə əlaqədar Vaşinqton ştatında fövqəladə vəziyyət elan edilib.

22:07

ABŞ-ın Vaşinqton ştatında sürət qatarının qəzaya uğraması nəticəsində ən azı 77 nəfər xəsarət alıb.

Hadisə nəticəsində ölənlərin də olduğu bildirilir, lakin onların sayı barədə məlumat verilmir.

Sietl - Portlend marşrutu ilə hərəkət edən qatar körpüdən magistral yola aşıb. Qəza nəticəsində yolda böyük tıxac yaranıb.

Hadisə yerində xilasedicilər işləyirlər.

Faktor.az









Redaktorun seçimi