Dağıstan kəndlərindən birində antiterror əməliyyat rejimi tətbiq edilib

Hit: 581
Dağıstan kəndlərindən birində antiterror əməliyyat rejimi tətbiq edilib

Dağıstan kəndlərindən birində antiterror əməliyyat rejimi tətbiq edilib, silahlıların və onların tərəfdarlarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.  

Antiterror əməliyyat rejimi Qarabudağkənd rayonu Qubden kəndinin inzibati sərhədləri çərçivəsində tətbiq edilib. Qərar Rusiyanın Dağıstan üzrə Federal Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən yerli vaxtla 15.45-də tətbiq edilib.  

Məlumata görə, yaşayış məntəqəsində ünvanlı yoxlamalar keçirilir. //APA









Redaktorun seçimi