ABŞ Suriyada keçmiş İŞİD terrorçularından yeni ordu yaradır

Hit: 613
ABŞ Suriyada keçmiş İŞİD terrorçularından yeni ordu yaradır

Suriyanın Əl-Haseka vilayətində qaçqınlar düşərgəsində amerikalı təlimçilərin rəhbərliyi altında “Yeni Suriya ordusu” adlı hərbi birləşmə yaradılır.

Bu barədə RİA Novosti nəşri “Müharibə aparan tərəflərin barışıq Mərkəzi”nə istinadən məlumat yayıb.

Hazırlıq kursundan sonra yeni birləşmələr Suriya hökumət ordusu ilə mübarizə üçün ölkənin cənubuna göndəriləcək.

Bildirilir ki, yeni qruplaşmanın əsasını keçmiş İŞİD döyüşçüləri təşkil edir. //oxu.az









Redaktorun seçimi