Türkmənistanda ərzaq qıtlığı başladı - ACLIQ

Hit: 523
Türkmənistanda ərzaq qıtlığı başladı - ACLIQ

Türkmənistanda əsas qida məhsullarının qıtlığı yaranıb. 

Bu barədə  lenta.ru “Azadlıq”  radiosuna istinadən məlumat yayıb. Bildirilir ki, Marıy və Axal əyalətlərində noyabr ayında un iki dəfə bahalaşıb. Nəticədə sakinlər növbəti bahalaşmanın baş verəcəyində qorxaraq, kütləvi şəkildə un almağa başlayıblar. Beləliklə, bu vilayətlərdə un qıtlığı yaranıb. 

Məlum olur ki, dekabrın əvvəlində bütün ölkədə un qatlığı başlayıb. Nəticədə aşağı keyfiyyətli çörək belə 0,28 dollara qədər bahalaşıb. Türkmən valyutası ilə bu, çörəyin 1,45-1,50 manat olması deməkdir. Aşqabadda isə yüksək keyfiyyətli  undan hazırlanan çörək 3,5 manatdır.

Ət məhsulları ilə bağlı da qıtlıq yaşanmaqdadır. Dövlət mağazalarında toyuq budunun kiloqramı 8 manat (2,3 dollar) təşkil edir. Bir nəfərə 1 kq-dan artıq ət satılmır. //oxu.az









Redaktorun seçimi