Roma Papası “WhatsApp”dan istifadə edir?

Hit: 372
Roma Papası “WhatsApp”dan istifadə edir?

Roma Papası I Fransisk “WhatsApp” proqramından istifadə etmir.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, bunu Vatikanın rəsmi nümayəndəsi Qreq Berk bildirib.

Vatikanın rəsmi “Twitter” səhifəsində yazan nümayəndə vurğulayıb ki, Roma Papası insanlara bu proqram vasitəsilə heç bir ismarıc və ya xeyir-dua göndərmir.

Qeyd edək ki, bir müddət əvvəl “WhatsApp” vasitəsilə Roma Papasının adından ispan dilində ismarıclar göndərilmişdi.

Faktor.az









Redaktorun seçimi