İraqda içərisində hərbçilərin olduğu helikopter qəzaya uğradı

Hit: 506
İraqda içərisində hərbçilərin olduğu helikopter qəzaya uğradı

İraqda "Mi-17" vertolyotu qəzaya uğrayıb.

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Iraqi News" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Vasit vilayətində baş verib. Belə ki, təlim uçuşunu həyata keçirən vertolyot Əl-Kut rayonunda, eyniadlı bazada qəzaya uğrayıb.

Hadisə nəticəsində 7 hərbi qulluqçu həlak olub.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Faktor.az









Redaktorun seçimi