Ermənistanlı zabit xidmət yoldaşları tərəfindən döyülərək xəstəxanalıq edildi

Hit: 604
Ermənistanlı zabit xidmət yoldaşları tərəfindən döyülərək xəstəxanalıq edildi

Ermənistanlı zabit döyülərək xəstəxanalıq edilib.

Faktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Azərbaycanın Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrindən birində qeydə alınıb. 

Belə ki, alayın zabiti, kapitan Qurqen Qriqoryan xidmət yoldaşları tərəfindən döyülüb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, insidentin səbəbləri araşdırılır. 

Faktor.az









Redaktorun seçimi