Liftdə müştərinin sifarişini yeyən kuryer işdən qovuldu - VİDEO

Hit: 601
Liftdə müştərinin sifarişini yeyən kuryer işdən qovuldu - VİDEO

"Recep İvedik 2" filminin kuryer səhnəsindəki hadisə real həyatda da baş verib.

 Metro-ya istinadla xəbər verir ki, kuryer liftdə müştərinin sifarişini yeyib. Hadisə Çində baş verib. Kuryer bu əməlinə görə işdən qovulub.

Kuryerin sifarişdəki fast-food-u yediyi anlar liftin kamerasına düşüb.

Fast-fudların onlayn sifarişlə evlərə çatdırılmasını təşkil edən Meituan şirkəti müştəridən üzr istəyib və işçini qovub. O, bildirib ki, bundan sonra işə götürəcəkləri kuryerlə əvvəlcədən bu barədə razılığa gələcəklər.









Redaktorun seçimi