Yeznəsinə göz qoyan baldız - Bacısını 68 yerindən bıçaqladı

Hit: 2321
Yeznəsinə göz qoyan baldız - Bacısını 68 yerindən bıçaqladı

İngiltərədə yeznəsini sevən baldız bacısını aradan qaldırmaq üçün qorxunc bir cinayətə imza atıb.

Faktor.az xəbər verir ki, İngiltərənin Bedfordshire şəhərində yeznəsi Hefeez Rəhman ilə dörd illik əlaqəsi olan 27 yaşlı pakistanlı Sabah Xan adlı qadın yeznəsinin tamamilə özünə aid olması üçün 34 yaşındakı bacısı Saima Xanı boğazını kəsərək və 68 yerindən bıçaqlayaraq öldürüb.

Əllərini və boğazını kəsdi, sonra 68 bıçaq zərbəsilə öldürdü

Sabah bacısına zəng edərək uşaqlarının ağladığını söyləyib. Evə gələn bacısının əvvəl əllərini və boğazını kəsib, daha sonra qanlar içində yerdə yatan bacısının paltarlarını çıxarıb və dayanmadan bıçaqlayaraq öldürüb. Bu zaman yuxarı mərtəbədə yatan bacısının uşaqlarından biri Sabaha yuxarıdan qışqıraraq siçanmı öldürürsən-deyə soruşub.(GoldNews.Az)

Məhkəməyə çıxarılan Sabahın daha əvvəl yeznəsindən hamilə qalıb və körpəni abort etdirdiyi məlum olub.  

Sabah bacısının evə girən soyğunçu tərəfindən öldürüldüyünü iddia etmək üçün evin pəncərəsini sındırıb və evdə olan zinət əşyalarını evə səpələyib.

Ancaq polis yataq otağında qanlı bir bıçaq gördükdən sonra Sabahı həbs edib.

Polis ifadəsində bacısını öldürdüyünü etiraf edən cani çıxarıldığı məhkəmədə ömür boyu həbsə məhkum edilib.









Redaktorun seçimi