Ən gözəl - cani qadın tutuldu

Hit: 863
Ən gözəl - cani qadın tutuldu

ABŞ-ın Kaliforniya ştatında zərərsizləşdirilmiş silahlı qanqster dəstəsinin üzvlərindən birinin fotosu sosial şəbəkələrdə fenomenə çevrilib.

Faktor.az xarici mediaya bildirir ki, Fresno şəhərində avtomobilində qanunsuz silah saxlamaqda suçlanaraq həbs olunmuş 20 yaşlı Mirella Ponsenin fotosunu yerli polis departamenti saytında dərc etdirəndən sonra tatuajlı gözəl məşhurlaşıb.

M.Ponse ilə yanaşı, onun mənsub olduğu "Tiny Rascal Gang" bandasının daha 2 üzvü tutulub.

Həmin şəxslər M.Presonun idarə etdiyi maşında idilər. Maşında Mirellanın bir yaşlı oğlu da vardı.

Polis Presonun çəhrayı rəngli tapançasını da müsadirə edib.

 

Sinəsində "Love is Pain" ("Eşq əzabdır") tatuajı olan M.Ponsenin məhkəməyədək zaminə buraxılması üçün 50 min dollar gərəkdir.

Sosial şəbəkə istifadəçiləri bu məbləği ödəməyə hazır olduqlarını deyiblər.

1980-ci illərdə yaradılmış "Tiny Rascal Gang" bandasının üzvləri, əsasən, kombocalılardır. Bandanın təqribən 10 min mənsubu var.

2014-cü ildə 30 yaşlı Ceremi Miksin də fotosu həbsdən sonra yayılmış və o, sosial şəbəkələrin ulduzuna çevrilmişdi.

C.Miks indi model və İnstagram fenomenidir.

 









Redaktorun seçimi