Ermənilər xalq artistini əsir götürüb

Hit: 1263
Ermənilər xalq artistini əsir götürüb

Xəstə və halsız aktyorun ətraf mühitlə əlaqəsi tam kəsilib

Moskvada erməni mafiyası SSRİ xalq artisti Armen Ciqarxanyanı əsir saxlayır və ona məxsus olan əmlakı və teatrın binasını ələ keçirməyə çalışır.

Bu barədə Rusiyanın “360” telekanalı xəbər verib ki, xəstə və halsız Armen Ciqarxanyan öz kabinetində telefonsuz oturub. Eyni zamanda, bir qrup erməni binanı reyder hücumu ilə ələ keçirməyə çalışır.

Mühasibatlıq tam ələ keçirilib, teatrın mətbuat katibi məlumat verir ki, binada naməlum adamlar gəzir, onlar xəstə aktyoru haralarasa apırıb-gətirirlər. Aktyorları hədələyirlər və onların çoxu binanı tərk edir.

Xatırladaq ki, SSRİ xalq artisti bütün əmlakını, pullarını öz gənc arvadına vəsiyyət edib. Ancaq bəzi ekspertlər hesab edir ki, erməni mafiyasnın təzyiqi altında Ciqarxanyan öz arvadını cinayətlərdə günahlandırır və boşanma ərizəsi yazıb.

Mafiyanın əsas məqsədi isə aktyora məxsus evləri və çox milyonluq var-dövləti ələ keçirməkdir. Kanal bildirir ki, vəsiyyətnamənin orjinal surəti itib.(istipress.com)

Armen Ciqarxanyan
Armen Ciqarxanyan
Armen Cıqarxanyanın həyat yoldaşı Vitalina Tsımbalyuk‐Romanovskaya
Armen Cıqarxanyanın həyat yoldaşı Vitalina Tsımbalyuk‐Romanovskaya
Armen Ciqarxanyan teatrının binası

 









Redaktorun seçimi