Qadın olduğuna görə - işçilər müdiri öldürdülər - FOTOLAR

Hit: 461
Qadın olduğuna görə - işçilər müdiri öldürdülər - FOTOLAR

Meksikanın Tlaskala ştatında qətl hadisəsi baş verib.

Faktor.az xarici mediyaya istinadən xəbər verir ki, Miqel və Oskar adlı 24 yaşlı gənclər müdirləri 19 yaşlı Jasmin Kontrerası boğaraq öldürüblər. Hadisə onların işlədikləri parça mağazasında baş verib və müşahidə kamerasına düşüb. Onlar qızın cəsədini meşədə basdırıblar.

Oktyabrın 20-də polis cəsədi aşkar edib. Təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılan cinayətkarlar törətdikləri əməli etiraf ediblər. Onlar özlərindən yaşca balaca qadının tabeçiliyində işləyə bilmədikləri üçün onu öldürdüklərini söyləyiblər. Həmçinin məlum olub ki, Miqelin mərhuma pul borcu da olub.

Yaxın günlərdə hakim qarşısına çıxacaq Miqel və Oskarı 30 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

1








Redaktorun seçimi