Stalonnidən qalmaqallı paylaşım: “Ayağa qalx, diz çökdüyün üçün onlar böyük görünür”

Hit: 592
Stalonnidən qalmaqallı paylaşım: “Ayağa qalx, diz çökdüyün üçün onlar böyük görünür”

Məşhur aktyor Silvester Stalonni “Qalatasaray”-“Fənərbaxça” matçında "cimbom" tərəfdarlarının təşkil etdiyi “Rocky Balboa” xoreoqrafiyasını paylaşıb.

Aktyor qalmaqallara səbəb olan xoreoqrafiyanı 4 milyon izləyicisi ilə bölüşüb və “Türkiyədə oynanan nəhəng futbol matçından” şərhini yazıb.

Qeyd edək ki, derbidə göstərilən xoreoqrafiya terrorçu lider Fəthullah Gülənin sözlərindən istifadə olunduğuna görə qalmaqala səbəb olmuşdu. Mübahisələrdən sonra Türkiyənin Baş naziri Binəli Yıldırım Gənclər və İdman Nazirliyinə xoreoqrafiyanın araşdırılması ilə bağlı göstəriş vermişdi.









Redaktorun seçimi