Xarkovda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri yayımlanıb - VİDEO+18 - VİDEO

Hit: 711
Xarkovda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri yayımlanıb - VİDEO+18 - VİDEO

Avtomobilin sürücüsü 19 yaşlı Alena Zaitseva nəqliyyat vasitəsini idarə edən zaman sərxoş olmayıb

Xarkovda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri yayımlanıb. 

Faktor.az İnterAz-a istinadən xəbər verir ki, Ukraynanın xarkov şəhərində yolu keçmək üçün piyada keçidində gözləyən insanlar qəzanın qurbanı olub. Ukrayna Daxili işlər nazirliyinin müşaviri Anton Qeraşenkonun yayımladığı görüntülərdə “Lexus” markalı avtomobili piyadaları necə vurduğu əks olunub. 


Qəza nəticəsində 11 nəfər yaralanıb, onlardan beşi vəfat edib. Yaralılardan bir çoxunun vəziyyəti ağırdır. İnsident nəticəsində yaralanan hamilə qadın reanimasiyaya yerləşdirilib. 

Qeraşenkonun sözlərinə görə, avtomobilin sürücüsü 19 yaşlı Alena Zaitseva nəqliyyat vasitəsini idarə edən zaman sərxoş olmayıb. Onun ukraynalı bir milyonçunun qızı olduğu iddia edilir.









Redaktorun seçimi