Ana doğduğu körpəni - xəstəxananın tualetinə atıb, qaçdı - VİDEO - FOTO

Hit: 405
Ana doğduğu körpəni - xəstəxananın tualetinə atıb, qaçdı - VİDEO - FOTO

Doğum evinin sanitar qovşağındakı zibil qabına atılan körpə həkimlərin sayəsində sağ qalıb.

Faktor.az Britaniya mediasına istinadla bildirir ki, doğulan kimi zibilliyə atılan körpəni həkimlər xilas ediblər.

Qadının körpəni ayaqyoluna atması anı doğum evinin təhlükəsizlik kamerasına düşüb. Görüntülər Perudakı Solidaridad Salud sağlamlıq mərkəzində çəkilib.

Qadın uşağı zibil yeşiyinə atdıqdan sonra qaçıb. Onun qaçmağına iki qadın kömək edib. O, belinə bağladığı paltarla üzərindəki qanı gizlədib.

Qadın xəstəxanadan çıxdıqdan dəqiqələr sonra zibillikdə uşağı görənlər həkimə xəbər veriblər.

Körpə müayinə olunduqdan sonra Hipolito Unanue hospitalına göndərilib. Bir neçə saat sonra onun anası da şiddətli qanaxmayla həmin xəstəxanaya gəlib.

Hazırda körpənin və ananın vəziyyəti normaldır. Qadının hər hansı cəza alıb-almayacağı barədə məlumat yoxdur.

Videonu izləmək üçün şəklə klikləyin:

 








Redaktorun seçimi