Britaniyalı “qrup seksi” mövzusunda fəlsəfə doktoru oldu - Elmi iş çox bəyənildi

Hit: 1135
Britaniyalı “qrup seksi” mövzusunda fəlsəfə doktoru oldu - Elmi iş çox bəyənildi

Böyük Britaniyadan olan elm adamı qrupla sekslə məşğul olmaq haqqında dissertasiya yazmaqla dünya mediyasının diqqətini üzərinə çəkə bilib. 

İngiltərə mətbuatına istinadən bildiririk ki, Rayan Skot adlı şəxs elmi işi uğurla müdafiə etdiyi üçün Birminhem universitetinin fəlsəfə doktoru elmi adını qazanıb. Disssertasiyaya çox ciddi yanaşan mütəxəssis bir çox önəmli faktlar üzə çıxarıb. Məsələn o, hər zaman aparılan iki kişi partnyorun iştirak etdiyi eksperimentə müraciət etməyib. İntim əlaqəyə bir qadın və üç kişi dəvət edən Skot qeyri-adi mənzərə ilə üzləşib. Sən demə, üç kişi seks zamanı bir-birinə toxunmamağa çalışır. Buna səbəb isə onların bir-birini homoseksualizmdə ittiham edə biləcəyindən ehtiyatlanmasıdır. Bununla belə qrupla seksdən sonra kişilər etiraf edib ki, birlikdə intim münasibət yaşamaq onları emosional cəhətdən yaxınlaşdırır.









Redaktorun seçimi