Azərbaycanda çəkilmiş reklam çarxı Ukraynanı ayağa qaldırdı - Ölkə "seks" simvolu kimi təqdim olundu - VİDEO

Hit: 1299
Azərbaycanda çəkilmiş reklam çarxı Ukraynanı ayağa qaldırdı - Ölkə "seks" simvolu kimi təqdim olundu - VİDEO

Azərbaycanda hava yolu şirkəti haqqında çəkilmiş reklam çarxı böyük qalmaqala yol açıb.

Faktor.az GoldNews.Az-a istinadən  xəbər verir ki, reklamda Ukrayna seks simvolu kimi göstərilib. Video artıq 154 mindən çox insan tərəfindən izlənilib.

Çarxın baş qəhrəmanı Kiyevə açılmış reyslər barədə eşidəndə dərhal hava limanına gəlir. Yolda o, qoz ləpəsi alır və bu da Azərbaycanda qədimdən cinsi gücü artıran, stimullaşdırıcı ərzaq hesab olunur. 

Hava limanının qeydiyyat şöbəsində işləyən əməkdaş kişiyə qozla bağlı sataşır, amma reklamın qəhrəmanı bunları qohumuna paxlava bişirmək üçün apardığını deyir.

O, reysdə kişi sərnişinlə qarşılaşır və onunla da qoz barəsində danışır. Daha sonra isə çarxın qəhrəmanı qozu sahibinə verir və missiyasını tamamlayır.

Ukrayna diasporu çarx barədə fikirlərini Bakıda fəaliyyət göstərən Ukrayna səfirliyinə bildirib və bununla bağlı ediləcək tədbirləri gözləyir.









Redaktorun seçimi