Nazirin "quş" buraxması Putini güldürdü - Rəsmi müşavirədə

Hit: 977
Nazirin "quş" buraxması Putini güldürdü - Rəsmi müşavirədə

O, öz çıxışında İndoneziya ilə Cənubi Koreyanı səhv salıb...

Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçev prezident yanındakı müşavirədə V.Putini gülməyə vadar edib. 
Buna səbəb nazirin İndoneziya ilə Cənubi Koreyanı dəyişik salması olub. 
 
Öz çıxışında A.Tkaçev Almaniyadan misal çəkərkən bu ölkənin donuz ətinin böyük hissəsini İndoneziyaya göndərdiyini söyləyib. Putin isə irad tutub ki, İndoneziya müsəlman ölkəsidir axı, orada donuz əti yemirlər. 
 
Nazir də belə  düzəliş edib: ”Yaxşı. Cənubi Koreya”. Və  az sonra “Nə fərqi var ki?” - deyə təbəssümlə əlavə edib.  Putin gülüb və üzünü əlləriylə örtüb. 
 
P.S. Sosial şəbəkələrdə  artıq bunu “feyspalm” adlandırıblar.(moderator.az)








Redaktorun seçimi