Ermənilərin hərbi maşını aşdı - 15 nəfər yaralandı

Hit: 704
Ermənilərin hərbi maşını aşdı - 15 nəfər yaralandı

Qarabağda növbəti yol-nəqliyyat hadisəsində qəzaya uğrayan hərbi maşında xeyli sayda erməni hərbçisi xəsarət alıb

Faktor.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən birinin taqım komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında növbəti dəfə Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşını qəzaya uğrayıb. Yol-nəqliyyat hadisəsində Cəbrayıl yaxınlığındakı hərbi poliqondan qayıdan 15 nəfərədək hərbi qulluqçu xəsarət alıb.

V.Qriqoryan öz keçmiş xidmət yoldaşı, hazırda Sisian şəhərində yaşayan Sarkis Ağacanyana onu da bildirib ki, hadisə nəticəsində əsasən Martunidə yerləşən hərbi hissədən olan gənc əsgərlər ziyan çəkiblər.

V.Qriqoryanın sözlərinə görə, hadisə yerinə gələn təcili yardım maşınları yaralıları yerli hospitala çatdırıblar. Üç nəfər əsgərin vəziyyəti ağır qiymətləndirilir.









Redaktorun seçimi