16 yaşlı oğlan bacısının məşuqunu öldürdü - FOTOLAR

Hit: 1084
16 yaşlı oğlan bacısının məşuqunu öldürdü - FOTOLAR

Türkiyənin Muğla rayonunun Fethiye Mahalında 16 yaşlı D. Ç 19 yaşlı bacısı Reyhan Gül Ç.-nin 32 yaşlı sevgilisi Harun Eryılmazı bıçaqlayaraq öldürüb.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, hadisə saat 22.00 radələrində Tuzla Məhəlləsi Süleyman Dəmirəl Bulvarında baş verib. İddiaya görə, şəhərlərarası avtobuslardan birində sürücü olaraq çalışan Harun Eryılmaz birlikdə yaşadığı Reyhan Gül Ç. ilə mübahisə edib.

Müzakirənin davaya çevrilməsindən sonra Eryılmaz Reyhan Gül Ç.-nı döyüb. Bu zaman evə Reyhan Gül Ç.-nin qardaşı D. Ç gəlib. Bacısının üzündəki zərbə izlərini görən D.Ç. mətbəxdən götürdüyü çörək bıçağı ilə Eryılmaza hücum edib. D. Ç. evdən qaçaraq çıxan Eryılmazı məhlənin girişində tutub. Eryılmaz sinəsindən aldığı bıçaq zərbələri ilə qan içində yerə yıxılıb. D. Ç. hadisə yerindən qaçıb.

Hadisə yerinə gələn təcili yardım qrupları Eryılmazı xəstəxanaya çatdırıblar. Eryılmaz burada edilən müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Döyülən Reyhan Gül Ç. da təcili yardımla yaxınlıqdakı başqa bir özəl xəstəxanaya çatdırılıb.

Hadisə yerindən qaçan D. Ç. nəzarətə alınıb. D. Ç hadisədə istifadə etdiyi bıçağı da polisə təhvil verib.

Polisin hadisə ilə əlaqədar başlatdığı istintaq davam edir.

Faktor.az

1
1








Redaktorun seçimi