Güney Azərbaycanda dəhşət: - matəm elan olundu - VİDEO

Hit: 1659
Güney Azərbaycanda dəhşət: - matəm elan olundu - VİDEO
Ötən gün gecədən baş verən daşqınlar nəticəsində çoxsaylı insan təlafatı səbəbindən İranın Azərbaycan ərazisində (Şərqi və Qərbi Azərbaycan, Zəncan, Ərdəbil və s.) matəm elan olunub.
 
Faktor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə qərarı Şərqi Azərbaycan valisi və Təbrizin imamcüməsi elan edib.
 
Bu arada sosial şəbəkələrdə faciə qurbanlarının meyitini tapan sakinlərin narazılığını əks etdirən video-görüntülər də yerləşdirib. Videolarda rəsmilərin yerli sakinlərə ciddi dəstək vermədiyi, xilasetmə qruplarının aktiv işləmədiyindən şikayətlər edilir.
 
Qeyd edək ki, İranın Şərqi Azərbaycan vilayətində baş verən daşqınlarda rəsmi məlumata görə 37 nəfərin dünyasını dəyişdiyi bildirilir. İtkinlərin axtarışları isə davam edir.
 
Qeyri-rəsmi məlumatda isə itkilərin daha çox olduğu iddia edilir.








Redaktorun seçimi