Misirdə yeni PARTLAYIŞ - 17 ÖLÜ - YENİLƏNİB

Hit: 856
Misirdə yeni PARTLAYIŞ - 17 ÖLÜ - YENİLƏNİB

21:24

İsgəndəriyyədə kilsədə törədilən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Faktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.

Misir hökuməti Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

----------

18:20

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, Misirin İsgəndəriyyə şəhərində kilsənin girişində törədilən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

----------

16:09

Misirin ikinci böyük şəhər İsgəndəriyyədə kilsənin yanında partlayış qurbanlarının sayı 6-ya çatıb, 40 nəfər xəsarət alıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, bu haqda Əl-Manar telekanalı xəbər verib.

Son məlumatlar əsasən, İsgəndəriyyədə Şuxada küçəsi yaxınlığında ikinci partlayış baş verib.

--------

15:46

Bu gün Misirdə daha bir kilsədə partlayış törədilib.

Faktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Misirin "On-TV" telekanalın məlumat yayıb.
 
Partlayış İsgəndəriyyə şəhərindəki kilsədə törədilib. Partlayış nəticəsində ölən və yaralananlar var.
 
Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsədə güclü partlayış törədilib, nəticədə 30 nəfər ölüb. Daha sonra Misir Daxili İşlər Nazirliyinin Tanta şəhərindəki təlim mərkəzində də partlayış törədilib. 









Redaktorun seçimi