Putin Ümumrusiya Azərbaycan Konqresini niyə bağlatdı?

Hit: 3321
Putin Ümumrusiya Azərbaycan Konqresini niyə bağlatdı?

Ümumrusiya Azərbaycan Konqresinin bağlanması məsələsi ilə əlaqədar Azərbaycanda kifayət qədər mövqe səslənməkdədir.

Rusiyadakı ən böyük diaspora qurumumuzun fəaliyyətinin dayandırılmasının alt qatında hansı mətləblər gizlənir?

Politoloq Adgözəl Məmmədov Faktor.az-a açıqlamasında bildirib ki, müəyyən tövsiyyələrə əməl edilmədiyi üçün bu proses yaşanıb:

"Təsis konfransında müəyyən mətləblər üzə çıxdı. Putin o zaman təşkilat yaradılanda  bir irad bildirdi. Bu da ondan ibarət idi ki, ÜAK-üzvlərinin hamısı Rusiya vətəndaşlarıdır. Buna görə də təmsilçilik xalq diplomatiyası ilə yanaşı, Rusiya maraqlarından çıxış etməlidir. Hətta Lujkov Moskavadakı dövlət teatrını da ÜAK-ın sərəncamına vermişdi.

2012-ci ildə təşkilatın yenidən qeydiyyata alınmasıyla bağlı sənədlər RF Ədliyyəsinə təqdim edildi və o zamandan qəbul edilmədi. Sadəcə indi aktuallaşıb, bu da onunla əlaqədar idi ki, rus elitasının bu məsləyə baxışı dəyişib, görünür ki, Putinin tövsiyyələrinə yerində əməl edilməyib".

Buna cavab olaraq MM-in Rusiya Dövlət Duması ilə dostluq qrupunun rəhbəri Əli Hüseynli çıxış edib.

 
Ə. Hüseynli deyib ki, ÜAK-a Rusiya Ədliyyə Nazirliyindən sənədlərin qaydaya salınması ilə bağlı üç dəfə müraciət olunub: “Sonuncu dəfə 2016-cı ilin oktyabr ayında müraciət edilib. 2016-cı ilin dekabr ayında ÜAK-ın qurultayı keçirildi və Fazil Qurbanov sədr seçildi. Bu qurultayda sənədlərdə düzəlişlərin edilməsi üçün müvafiq işlərin görülməsinə başlanıldı. Amma çox təəssüf ki, bu ilin mart ayında Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın ləğvi tələbi ilə Ali Məhkəməyə müraciət etdi. Mən bir hüquqşünas kimi qeyd etməliyəm ki, Rusiya qanunvericiliyində sənədlərin düzgün olmaması ilə bağlı 3 addım nəzərdə tutulur. Bunlardan biri xəbərdarlıq, ikincisi cərimə və yalnız sonuncusu ləğvetmədir. Amma çox maraqlıdır ki, sonuncu addımı ilk addım kimi atmaq barədə qərar verilir. Çox istərdim ki, bu məsələyə siyasi yox, hüquqi cəhətdən yanaşaq. Mən ad çəkmək istəmirəm, amma Azərbaycandakı rus icmasının sənədlərində də çatışmazlıqlar var. Buna baxmayaraq, bizim tərəfdən heç vaxt ləğvetmə ilə bağlı məsələ qaldırılmayıb. Çünki bu, hüquqi sistemdə ən sonuncu addımdır. Əminəm və ümidvaram ki, Ali Məhkəmə Ədliyyə Nazirliyinin bu müraciətini rədd edəcək”.

Faktor.az

 

 









Redaktorun seçimi