Suriyanı qan gölündə üzdürən SARİN dəhşəti - Əsədin qazda boğduğu körpələr, Tramp niyə vurdu?

Hit: 1453
Suriyanı qan gölündə üzdürən SARİN dəhşəti - Əsədin qazda boğduğu körpələr, Tramp niyə vurdu?

Sarin, ilk dəfə 1938-ci ildə Nasist Almaniyasında istehsal olunmuş qazdır. Birinci dərəcə təhlükəli kimyəvi silah sayılaraq 1997-ci ildə hətta saxlanılması belə qadağan olan bu qazın adı sonuncu dəfə Suriya hadisələrində eşidilmişdi.
21 avqust 2013 Dəməşqin Quta məhəlləsinə edilən hücumda adı keçmiş, yüzlərlə adam ölmüşdü. İnformasiya blokadasına görə dəqiq məlumatlar bilinmir, 280-dən başlayıb 1730-da qurtaran fərqli rəqəmlər deyilir.
Obama, 20 avqust 2012-ci ildə açıqlama verərək, Əsad rejiminin üsyançılara kimyəvi silah istifadə etməyinin “qırmızı xətt” olduğunu demiş, əks halda hərbi müdaxilə edəcəyini deməyə gətirmişdi.
Amma həmin Obama, Quta hadisəsindən sonra, beynəlxalq ictimaiyyətin xatırlatmasının (təzyiqin) dayanmadan artdığı fonda 4 sentyabr 2013 də “qırmızı xətt” demədiyini deyib, kənara çəkilmişdi.
ABŞın çəkingən siyasəti bilindikdən sonra, Suriya hökuməti Rusiya ve Çinin BMT TŞ-da diplomatik qorumasını da qarantiyaya alıb hücumlarını artırmıştı.
2013 -də IŞİD peyda oldu. ABŞ kənara çəkilincə İran İnqilab Keşikçiləri və Livanın Hizbullah döyüşçüləri Suriyaya daxil oldular, həm İŞİD, əl-Nusraya, həm də mülayim müxalifətə qarşı müharibəyə başladılar. 
Sentyabr 2014də ABŞ, Kobani hadisələri vaxtı PYD və YPG vasitəsilə Suriya ərazisinə girdi. Onu 2015 sentyabrında Rusiya və nəhayət 2016 avqustunda Türkiyə izlədi.

4 Aprel 2017 sabah saat 06.30 radələrində Suriya hava qüvvələrinə aid iki Su-22 İdlib şəhərrinin Xan Şeyxun qəsəbəsindən üst-üstə 5 dəfə qalxıb bəzi hədəfləri bombalamışdı. Az sonra ölüm xəbərləri və fotoqrafları gəlməyə başladı. Bütün büynəlxalq agentliklərə cansız uşaq bədənləri fotoqrafları yağmaya başlayır. 
Beynəlxalq ictimaiyyət kəskin reaksiya verir. Bu Suriyada uşaq ölümlərinin gətirdiyi ikinci böyük səs-küy olur.
Birinci heç kəsin görmədiyi miqrant probleminə Bodrum sahillərində kiçik uşaq meyitinin (Aylan) tapılmasından sonra bütün dünyanın anidən reaksiya verməsi ilə olmuşdu.
5 Aprel Türkiyə höküməti buraya gətirilmiş yaralılardan ilk ölüm hadisəsindən sonra Dünya Səhiyyə Təşkilatı, (WHO) və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) başda olmaqla bütün beynəlxalq təşkilatlara meyitlərin analizində (otopside) iştirak etməyi xahiş etdi. Artıq sadəcə şahid ifadələri və şəkillər deyil, kimyəvi silah istifadəsinin olub-olmadığının maddi sübutları da olacaqdı.
BMT TŞ çağırılır, ABŞ təmsilçisi Nikki Haley, öldürülmüş uşaq bədənlərinin şəkillərini göstərir, Rusiyayı Bəşər Əsad rejiminin arxasında durduğu üçün bu qətliama cavabdeh olduğunu deyir.
Rusiya: “Terrorla mübarizəsində Suriya hökumətini dəstəkləməyə davam edəcəyini” bildirir.
ABŞ, Britaniya və Fransanın hazırladığı Suriyayı qınayan qərar, Rusiyanın vetosuna görə qəbul edilmir; Rusiya tənqidləri “obyektivlikdən uzaq” hesab edir.
Cavab olaraq ABŞ Prezidenti Donald Trump Suriyanın ancaq “qırmızı xəttləri” deyil, “bütün xəttləri keçdiyini” dedi. Trump, açıq-aşkar keçmiş prezident Barack Obamaya ilişdi. “Qırmızı xətt” iması ilə isə bütün bu vəziyyətə Obamanın “qırmızı xətt” sözünü udmasının gətirdiyini izah edirdi.

O, Obama deyildi. Hər Narıncı yeni Qara deyil.

Qeyd1. 6 aprel Əl-Muallim mətbuat konfransı keçirərək, əslində Nusranın kimyəvi silah deposunu vurduqlarını dedi. Bu əlsində kimyəvi silahdan istifadəni qəbul etmək idi. Hətta, o dediyi versiyada belə, yaşayış məskəınində kimyəvi silah deposunu partlatmaq nə nəticə verməliydi? Trumpın səbrinin son damcısı burda doldu.

Qeyd 2. 6 Aprel səhər tezdən BMT TŞ yenə çağırıldı.
Rusiya artıq "İdlibdə olanların “vəhşicəsinə” olduğuna qənaət gətirmişdi, amma TŞ-də yenə veto qoydu və qərar çıxmadı.
Ərdoğan Rusiyanın "qatil Əsədi" dəstəkləməyinin pis hal olduğunu, Angela Merkel BMTnin Suriyanı heç olmasa qınama qərarı da ala bilməmiş olmasını “biabırçı” olaraq qınadı.

Qeyd 3. BMT Baş katibi Antonio Gutteres, Suriya ərazisində təsiri olan dördölkəni ən azı 72 saat ateşkəs təmin edərək mülki əhaliyə humanitar yardım çatdırılmasına imkan verməyə çağırdı; ABŞ, Rusiya, İran və Türkiyə. Beləlikə Suriya ərazisinindörd ana oyunçusu da BMT Baş katibi tərəfindən ifadə edildi. Avropanın adı çəkilmədi, ordun yoxsa kənarda dur.

P.S. 6 aprel günorta Türkiyənin Səhiyyə Naziri , otopsinin boğulma yolu ilə ölümü göstərdiyini və bunun da “sarin” qazı səbəbindən olduğu barədə faktlar aşkar edldiyini bildirdi.
Axşama tərəf açıqlamalar sərtləşdi.

Turab Rzayev









Redaktorun seçimi