Məktəb yaxınlığında partlayış: - bomba əlində açıldı - YENİLƏNİB - VİDEO - FOTOLAR

Hit: 674
Məktəb yaxınlığında partlayış: - bomba əlində açıldı - YENİLƏNİB - VİDEO - FOTOLAR

11:39

Rusiya Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, partlayan bomba əl fənərinin içərisində gizlədilibmiş.

Milli.Az xəbər verir ki, açıqlamada: "Evsiz bir şəxs səhər saatlarında bir paket tapıb və içinə baxmaq istətib. Paketin içərisindəki əl fənərini götürüb" deyilir.

---------

10:51

Rusiyada məktəb yaxınlığında partlayış baş verib.

Yaralanan bir nəfər barmaqlarını itirib.

Milli.Az RİA agentliyinə istinadən xəbər verir ki, yoldan keçən bir şəxs yerdə qarşılaşdığı bir qurğunu əlinə götürüb. Bu an baş verən partlayış sonrası barmaqlarını itirən şəxsin bədəni də ciddi xəsarət alıb.

Hadisə sonrası məktəbdə tətil elan edilib, şagirdlər evlərinə göndərilib. 

----------

10:17

Rusiyanın Rostov şəhərində partlayış baş verib.

Milli.Az TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfərin yaralandığı bildirilir.

Partlayışın səbəbi isə hələlik bilinmir.

Faktor.az

1
1
1








Redaktorun seçimi