Sankt-Peterburq metrosunda PARTLAYIŞ - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR - YENİLƏNİB - FOTOLAR

Hit: 846
Sankt-Peterburq metrosunda PARTLAYIŞ - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR - YENİLƏNİB - FOTOLAR

23:55

Rusiya Milli Antiterror Komitəsi Sankt-Peterburqda metroda baş verən terror aktı nəticəsində ölən və yaralıların sayı haqqında yeni məlumat açıqlayıb.

Faktor.az APA-ya istinadən xəbər verir ki, MAK terror aktı nəticəsində 11 nəfərin oldüyünü, 45 nəfərin isə yaralandığını bildirib.

Qeyd edək ki, bu gün günorta saat 14:40 radələrində Peterburq metropoliteninin "Texnoloji institut" və Sennaya ploşşad" stansiyaları arasında vaqonda partlayış baş verib. 

Bundan başqa MAK Peterburq metorpoliteninin "Ploşşad Vostaniya" stansiyasında da əldəqayırma partlayıcı quröu aşkarlıyıb. Partlayıcı zərərsizləşdirilib.

Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib. Fakta bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Sankt-Peterburq rəhbərliyi şəhərdə 3 günlük matəm elan edib.

----------

22:52

Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib.

Faktor.az bildirir ki, bu barədə APA-ya Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu söyləyib.
 
E. Həmzəyev həmyerlimizin Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirildiyini bildirib.
 
Xəstəxanadan verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

---------

20:37

Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində yaralananların ilkin siyahısı açıqlanıb.

Faktor.az APA-ya istinadən xəbər verir ki, hazırda siyahıda 16 nəfərin adı var.
 
Onlardan biri 28 yaşlı Zaur Vəliyevdir. Onun azərbaycanlı olduğu ehtimal edilir.
 
Xatırladaq ki, bu gün Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.

19:35

Rusiya səhiyyə naziri Veronika Skvortsova Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralananların sayını açıqlayıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, nazir bildirib ki, partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.
 
O da məlum olub ki, yaralananlardan iki nəfər xəstəxanada keçinib. Mariinskaya xəstəxanasından verilən məlumata görə, partlayış nəticəsində yaralanan 11 nəfərdən ikisi kliniki ölüm keçirib: "Kliniki ölüm vəziyyətində olanlar keçinib. İki nəfər hazırda əməliyyatdadır, qalanları isə müxtəlif şöbələrə yerləşdirilib".

-----------

17:54

"Sankt-Peterburq metrosunda baş vermiş partlayış terror aktıdır".
 
Faktor.az APA-ya istinadən xəbər verir ki, bunu "Rossiya 24" telekanalının efirində Rusiya Baş Prokurorluğunun nümayəndəsi Aleksandr Kurennoy deyib.
 
Təhlükəsizlik sisteminin işinin yoxlanılıb-yoxlanılmayacağına gəldikdə isə A. Kurennoy bildirib ki, məsələ ilə bağlı istintaq orqanlarının əməkdaşları məşğul olacaqlar.
 
Rusiya İstintaq Komitəsinin saytında yer alan məlumatda isə deyilir ki, Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb. 
 
Qeyd edək ki, Peterburq metrosunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 50 nəfər yaralanıb.

---------

17:51

Sankt-Peterburqdakı taksilər metro sərnişinlərini pulsuz daşıyırlar.

Bundan başqa Sankt-Peterburq qubernatorunun mətbuat katibi Andrey Kipikov bildirib ki, şəhərin bütün ictimai nəqliyyatı pulsuz işləyir.

---------

17:49

Milli.az Rusiya Baş Prokurorluğunun rəsmi saytına istinadən bildirir ki, Sankt-Peterburq metrosunda iki yox, bir partlayış olub. Partlayış iki stansiya arasındakı tuneldə olduğundan, ilkin məlumatda iki stansiyada partlayış haqda məlumatlar yayılmışdı.

------------

16:51

Sankt-Peterburq şəhər metrosunda baş verən partlayış zamanı qurğuşun kürəciklərdən istifadə olunub.

------------

16:46

Rusiyanın Sankt-Peterburq şəhər metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.

Faktor.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib. O deyib ki, konsulluq ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını müvafiq qurumlarla dəqiqləşdirir.

----------

16:37

Mənbə bildirir ki, hadisə nəticəsində 50-dən çox yaralı var. Yaralılar arasında uşaqların olduğu qeyd olunur.

Rusiya prezidenti Vladimir Putin metrodakı hadisəni Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovla müzakirə edib.

----------

16:32

Sankt-Peterburq metrosunda iki partlayış olub.

Milli.Az bildirir ki, terrorçular 200-300 qram trotil ekvivalentində partlayıcı qurğulardan istifadə ediblər. Partlayışın episentri vaqonda oub. Hazırda metronun 7 stansiyası bağlanıb. Partlayış nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.

-----------

16:25

Son məlumatlara görə, partlayışlar Sankt-Peterburqun iki metrostansiyasında - "Sennaya ploşad" və "Texnologiçeskiyu institut" stansiyalarında baş verib. 

Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə ən azı 10 nəfər ölüb. Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasetmə dəstələri gəlib. Sərnişinlər stansiyadan təxliyyə edilir. 

Hadisə Rusiya Federasiyasının prezidenti Vladimir Putinə məruzə edilib.

-----------

16:05

Sankt-Peterburqda metroda partlayış baş verib.

Milli.Az life.ru-ya istinadən xəbər verir ki, Sankt-Peterburqun "Sadovaya" stansiyasında partlayış olub. Şahidlərin sözlərinə görə, yaralılar var.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib.

 









Redaktorun seçimi