Son dəqiqə : Türkiyə döyüş təyyarələri Şimali İraqı bombaladı - PKK-nın 16 hədəfi məhv edildi

Hit: 626
Son dəqiqə : Türkiyə döyüş təyyarələri Şimali İraqı bombaladı - PKK-nın 16 hədəfi məhv edildi

Türkiyə Silahlı Qüvvələri  Şimali İraqda PKK terror təşkilatına məxsus 16 hədəfi vurduğunu açıqlayıb.

Avropa.info xəbər verir ki, TSK-dan yayılan açıqlamada Şimali İraqın Metina, Zap, Avaşin, Baysan, Kandil, Hakurk bölgəsində və Hakkaridə PKK-nın 16 hədəfinin vurulduğu bildirilib.

“Martın 24-də Şimali İraqın Metina, Zap, Avaşin, Baysan, Kandil, Hakurk bölgəsində və Hakkaridə  ani kəşfiyyat məlumatları əsasında döyüş təyyarələrimiz hava hücumu həyata keçirib. Separatçı terror təşkilatı mənsublarına aid 16  hədəf məhv edilib.Vəzifələrini uğurla icra edən döyüş təyyarələrimiz təhlükəsizliklə bazalarına qayıdıblar” deyə TSK-nın açıqlamasında qeyd olunur.

Faktor.az









Redaktorun seçimi