Türkiyədə miqrant qayığı batdı - 11 ÖLÜ

Hit: 789
Türkiyədə miqrant qayığı batdı - 11 ÖLÜ

Egey dənizinin Türkiyə sahilləri yaxınlığında, Quşadası istiqamətində qaçqınları daşıyan qayıq batıb.

Faktor.az APA-ya istinadən xəbər verir ki,  hadisə nəticəsində 11 nəfər ölüb, 3 nəfər itkin düşüb. 

Qayıqda olan 22 qaçqından 8 nəfərini xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam etdirilir.









Redaktorun seçimi