Londonda törədilmiş teraktda 11 ölkənin vətəndaşı zərər çəkib

Hit: 482
Londonda törədilmiş teraktda 11 ölkənin vətəndaşı zərər çəkib

Böyük Britaniyanın Baş naziri Tereza Mey Londonda törədilmiş terror aktında 11 ölkənin vətəndaşlarının zərər çəkdiyini bildirib.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, Baş nazir bildirib ki, zərərçəkənlərin 12-si britaniyalı, 3-ü fransız, 2-si rumıniyalı, 4-ü Cənubi Koreya vətəndaşı, Polşa, İrlandiya, Çin, ABŞ və İtaliyadan hər birindən 1 nəfər və 2 nəfər də Yunanıstan vətəndaşlarıdır.

Qeyd edək ki, ötən gün Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.









Redaktorun seçimi