"Niva" yaradıcısı öldü

Hit: 663
"Niva" yaradıcısı öldü

Rusiyanın məşhur "Niva" markalı avtomobilinin yaradıcısı Petr Prusov ölüb.

Faktor.az APA-ya istinadən xəbər verir ki, P. Prusov 76 yaşında vəfat edib.

P. Prusov 1972-ci ildə  "Niva" layihəsinin rəhbəri təyin edilib. "Niva"-nın ilk kütləvi istehsalına 5 aprel 1977-ci ildə başlanılıb. "Niva" dünyanın 110 ölkəsində satılıb, bir zaman avtomobilin 70 faizi ixrac edilib.

P. Prusov 1998-ci ildən 2003-cü ilə, yəni pensiyaya çıxana qədər  "AvtoVAZa" avtokonserninin baş mühəndisi olub. 









Redaktorun seçimi